İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə xüsusi təyinatlı polislər etirazçıları dağıtmağa çalışırlar - FOTO, VİDEO, YENİLƏNİB

Tbilisidə etiraz aksiyasının keçirildiyi parlament binasının ətrafına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, polis su şırnağından və gözyaşardıcı qazdan istifadə edərək etirazçıları dağıtmağa çalışır. Ərazidə gərgin vəziyyət hökm sürür.

Parlamentin girişlərindən birinə quraşdırılmış dəmir hasarları sökən aksiyaçılar polisə daş və yumurta atıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi siyasətçiləri və etirazçları söz azadlığı və sərbəst toplaşmaq hüququna əməl etməyə çağırıb.

***

Gürcüstan Parlamenti qarşısında etiraz aksiyası davam edir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, aksiyada çıxış edən Ağmaşenebeli Strategiyası partiyasının sədri Giorgi Vaşadze etirazçıları parlament binasını dinc şəkildə mühasirəyə almağa çağırıb.

Giorgi Vaşadze hakimiyyət qarşısında iki tələb irəli sürüb.

O, hakim Gürcü Arzusu partiyasından “xarici agentlər” qanununu geri çəkməsini və saxlanılanların buraxılmasını tələb edib.

Aksiyada “Rusiya qanununa yox” şüarı səsləndirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR