Onlayn ictimai-siyasi qəzet
Özünə iynə vuran tibb bacısı komaya düşüb.
Xezerxeber.az xəbər verir ki, hadisə Şəkinin Kiş kəndində baş verib. Uzun illər kənddəki həkim məntəqəsində tibb bacısı işləyən Gülçöhrə Allahverdiyeva ötən axşam evdə özünə antibiotik iynə vurub.
Bundan sonra 49 yaşlı qadının halı pisləşib və təzyiqi düşüb. O, huşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onun şoka düşdüyü məlum olub.
Kənd sakinləri tibb bacısının savadlı və diqqətcil insan olduğunu, hadisənin dərman qarımından baş verdiyini ehtimal etdiklərini bildiriblər.
Şəki Rayon Mərkəzi Xəstəxanasından bildirildi ki, xəstə oraya huşsuz, koma vəziyyətində daxil olub. İntensiv yardım nəticəsində təzyiqi artıb və vəziyyəti qismən stabilləşib.
Hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ