İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Telegraph”: Rusiya zəlzələ bölgəsinə yardım aparmağa mane olur

“Rusiya hakerləri Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmağa mane olur”. Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “The Telegraph” qəzeti belə yazır.

NATO-nun Belçikada yerləşən Xüsusi Əməliyyatlar Qərargahının, digər strukturlarının haker hücumlarına məruz qaldığını xatırladan qəzet bildirir ki, strateji hava daşımalarında alyansın dəstəyinə güvənən beynəlxalq şəbəkə də hücumlardan ziyan çəkib: “Nəticədə Türkiyə və Suriyaya yardım aparan hərbi təyyarələrin işi əngəllənib, həmin təyyarələrlə NATO arasında əlaqə kəsilib”.

Haker hücumlarının arxasında Rusiyanın “Killnet” qrupunun dayandığı bildirilir. Rusiya 2022-ci ilin fevralında Ukraynada total müharibəyə başlayandan bəri “Killnet” NATO ölkələrinə qarşı bir neçə hücum həyata keçirib.

Fevralın 6-da Türkiyə və Suriyada əsrin ən dağıdıcı zəlzələlərindən biri baş verib. Fevralın 13-ü günorta saatlarına olan açıqlamalarda Türkiyədə ölənlərin sayı 31000-dən, Suriyada isə 8500-dən çox göstərilir. Bu, son rəqəmlər deyil, ölənlərin sayı hələ də artır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR