Onlayn ictimai-siyasi qəzet
Britaniyanın "The Daily Telegraph" nəşri yazır ki, ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı planlaşdırılan saziş Avropa İttifaqının maraqlarına zərbə vura bilər.
Musavat.com xəbər verir ki, 2021-ci ildə Ukrayna və Aİ arasında yeraltı sərvətlərin işlənməsi sahəsində tərəfdaşlıq memorandumu imzalanıb. Lakin ABŞ-Ukrayna razılaşmasından sonra bu sahədə prioritet hüquqların böyük ehtimalla ABŞ-a keçəcəyi bildirilir.
Ekspertlər bildirirlər ki, bu vəziyyət Avropa İttifaqının regionda enerji və xammal sahəsindəki strateji maraqlarına ciddi təsir göstərə bilər.
Musavat.com
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ