Onlayn ictimai-siyasi qəzet
Sabah, dekabrın 28-də saat 10:00-da Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olan Məhəmmədəli Yeqanovla vida mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə 13 yaşlı M.Yeqanovun bibisi məlumat verib.
Məhəmmədəli Yeqanovun bibisi əlavə məlumat verməkdən imtina edib.
Məlumat üçün əlavə edək ki, 13 yaşlı Məhəmmədəli Yeqanov futbolla məşğul olub, Bakının "Gənclik" futbol klubunda oynayırmış.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ