İnsanlara hürriyət, millətlərə istiqlal!

Texas ştatında yük maşınında 46 mühacirin cəsədi aşkarlanıb

ABŞ-ın Texas ştatının cənubunda yerləşən San Antonio şəhərində tərk edilmiş yük maşınının qapalı hissəsində 46 mühacirin cəsədi aşkarlanıb.

AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, daha 16 nəfər, o cümlədən 4 uşaq sağ tapılaraq tibb müəssisələrinə çatıdırılıb. Onların istidən və yorğunluqdan pis vəziyyətə düşdükləri bildirilir.

Məlumatına görə, cəsədlərin hamısı ABŞ sərhədini gizli şəkildə keçməyə çalışan mühacirlərə aiddir. Hadisə ilə bağlı üç nəfər saxlanılıb.

Yüksək temperatur xüsusən nəqliyyat vasitələrinin qapalı hissəsində ciddi təhlükə mənbəyidir. Cəsədlər aşkarlanan zaman hadisə yerində havanın hərarəti müsbət 40 dərəcəyə çatırmış.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Britaniya polisi Esseks qraflığının Qreysi şəhərinin sənaye parkında içərisində 39 miqrantın cəsəd olan konteynerlər aşkarlamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR