İnsanlara hürriyət, millətlərə istiqlal!

Özümü 40 il əvvəlkindən daha yaxşı hiss edirəm - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun səhhəti indi 30 il əvvəlki ilə eynidir, hətta daha yaxşıdır. Musavat.com xəbər verir ki, 79 yaşlı amerikalı lider Newsmax-a verdiyi müsahibədə aparıcının səhhəti ilə bağlı sualını cavablandırarkən deyib: "Düşünürəm ki, özümü əla saxlayıram. Mən özümü 30 il əvvəl hiss etdiyim kimi və ya daha yaxşı hiss edirəm. Özümü 30 və ya 40 il əvvəlkindən daha yaxşı hiss edirəm."

Qeyd edək ki, 2025-ci ilin yayında Trampın ayaqlarında şişlik və qollarında göyərmələr olduğu qeyd edilib. Ağ Evin mətbuat katibi KarolinLevitt daha sonra ABŞ prezidentinin səhhətinin əla olduğunu bildirib. O, şişkinliyi 70 yaşdan yuxarı insanlarda rast gəlinən venoz çatışmazlıq, qollarındakı göyərmələri isə tez-tez əl sıxması və aspirin istifadəsi ilə əlaqələndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR