Onlayn ictimai-siyasi qəzet
Yəmənin "Ənsar Allah" hərəkatı 9 BMT əməkdaşını saxlayıb.
Musavat.com xəbər verir ki, məlumatı BMT Baş katibinin sözçüsü Stefan Karrik açıqlayıb.
BMT-nin mətbuat xidməti tərəfindən yayılan bəyanata görə, bununla da 2021-ci ildən bəri husilər tərəfindən saxlanılan BMT əməkdaşlarının sayı 53-ə çatıb.
BMT-nin baş katibi üsyançıların bu cür hərəkətlərini pisləyir və saxlanılanların dərhal, qeyd-şərtsiz azad edilməsinə çağırır.
Musavat.com
08 Oktyabr 2025
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ