Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın “Tesla” şirkəti yapışqan qaz pedalı riski səbəbindən bütün “Cybertruck” pikaplarını geri çağırdığını elan edib.
Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən verilən geri çağırma bildirişinə əsasən, əhəmiyyətli güc tətbiq edildikdə, qaz pedalının yastığı yerindən çıxa və pedal daxili trimdə ilişib qala bilər.
Qeyd edək ki, 2023-cü ilin üçüncü rübündə “Tesla” şirkəti 435 min elektrik avtomobili satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ