İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçular Tacikistan ərazisinə soxulmağa cəhd ediblər

Tacikistan və Əfqanıstan sərhədində iki beynəlxalq terror təşkilatının üzvü məhv edilib.

Musavat.com xəbər verir ki, bu barədə Orta Asiya mediası məlumat yayıb.

Qeyd olunur ki, insident Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanç rayonunun Dəşti Yazqulom kəndi ərazisindəki Darvaz sərhəd dəstəsinin 11-ci sərhəd zastavasının mühafizə zonasında baş verib.

“Respublika hüquq-mühafizə orqanlarının birgə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində terrorçular zərərsizləşdirilib”, - deyə Tacikistanın MTN-in açıqlamasında bildirilir.

Hadisə yerində terrorçulara məxsus 2 ədəd “Kalaşnikov” avtomatı, 2 ədəd xarici istehsallı tapança, 8 ədəd əl qumbarası, 12 ədəd patronlu magazin, 19 ədəd partlayıcı maddə, 2 ədəd xüsusi rabitə vasitəsi və 2 ədəd mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, terrorçuların və cinayəti törətməkdə digər əlbir olan şəxslərin tam müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Antiterror əməliyyatı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər xəsarət almayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR