İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçu Breyvik hüquqlarını pozduğuna görə Norveçi məhkəməyə verir

2011-ci ilin iyulunda Norveçdə terror aktları törətdiyinə görə 21 il həbs cəzasına məhkum edilmiş norveçli terrorçu Anders Breyvik cəzasını çəkərkən hüquqlarını pozduğuna görə dövləti məhkəməyə verir.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Breyvikin vəkili Oystein Storrvikin sözlərinə görə, müvəkkili dövləti məhkəməyə verir, çünki o, 11 il ərzində həddindən artıq təcriddə olub və mühafizəçilərdən başqa digər insanlarla əlaqə saxlamayıb.

Vəkil vurğulayıb ki, Oslo Rayon Məhkəməsi Breyvikin iddiasına 2024-cü ilin yazında baxa bilər.

Qeyd edək ki, 2 iyul 2011-ci ildə sağçı radikal Breyvik Osloda hökumət qərargahı yaxınlığında bomba yüklü avtomobili partladıb, 8 nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olub.

Daha sonra o, Norveçin bir çox problemlərinin əsas səbəbi hesab etdiyi “Leyboristlər” partiyasının gənclər qanadının illik yay düşərgəsinə gələn şəxslərə atəş açıb. Burada əksəriyyəti yeniyetmələrdən ibarət 69 nəfər həlak olub, daha 66 nəfər yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR