Onlayn ictimai-siyasi qəzet
"Qalatasaray"ın əfsanəsi Fatih Terimlə bağlı maraqlı iddia irəli sürülüb.
Türkiyənin “Millet” qəzeti xəbər verir ki, Fatih Terimin Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə anlaşdığı bildirilir.
Məlumata görə, tərəflər 3 illik müqavilə barədə razılığa gəlib. Terimin illik 20 milyon avro məvacib alacağı qeyd edilib.
Qeyd edək ki, transfer dövründə "Əl-Əhli" rəhbərliyi Edouard Mendi, Riyad Mahrez, Allan Saint-Maximin, Frank Kessie, Roger İbanez, Merih Demiral və Qabri transferi üçün təxminən 200 milyon avro xərcləyib.//Metbuat.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ