İnsanlara hürriyət, millətlərə istiqlal!

Telman Adgözəlovun kapitan qızı işdən çıxdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisi vəzifədən azad olunub.

Musavatcom “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1 rentgenoloq, 2 stomotoloq, 3 tibb bacısı, 1 terpaevt öz ərizələri ilə işdən çıxarılıb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunanlar arasında mərhum Xalq artisti Telman Adgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adgözəlova da var.

Məlumata görə, sözügedən şəxslər müxtəlif vaxtlarda başqa işə keçmələri səbəbindən öz ərizələri əsasında vəzifələrindən azad olunublar.

Qeyd edək ki, FHN-nin Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyevadır.

Musavatcom 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR