İnsanlara hürriyət, millətlərə istiqlal!

Teleqram şantaj və dələduzluğa görə kanalları kütləvi şəkildə bloklalayır

Telegram neqativ nəşrlərin silinməsi üçün pul tələb edən fırıldaqçı kanallarla mübarizəni gücləndirir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 20 gün ərzində belə sxemlərlə bağlı yüzlərlə məlumat daxil olub

Pavel Durov Telegram-ın doksinq və qəsblə məşğul olan kanalları kütləvi şəkildə bloklamaq planlarını açıqlayıb. Söhbət pul xəracı üçün mənfi materialların çıxarılması faktlarından gedir.

Messencerin yaradıcısı bildirib ki, üç həftə ərzində istifadəçilər fırıldaq sxemləri və şantajla bağlı Telegram-ın dəstək xidmətinə yüzlərlə şikayət göndəriblər. Alınan məlumatlara əsasən, bu həftə platforma xeyli sayda kanalı həmin səbəbdən bloklayacaq.

Durov vurğulayıb ki, bloklama kanal sahiblərinin böhtan xarakterli materialları yerləşdirdiyinə və sonra onları ödəniş müqabilində sildiklərinə dair təkzibedilməz sübutlar olduqda tətbiq edilir.

“Telegram doksinq və şantaj yeri deyil. Belə kanalları idarə edənlərə isə deyirəm, klon yaratmaq üçün vaxtınızı itirməyin, biz sizi tapacağıq”, - platformanın təsisçisi xəbərdarlıq edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR