İnsanlara hürriyət, millətlərə istiqlal!

"Telegram" külli miqdarda cərimə ödəyəcək

Moskvanın (Rusiya) Taqanski Rayon Məhkəməsi məşhur "Telegram" mesencerini 4 milyon rubl (74.8 min manat) cərimələyib.

Musavat.com oxu.az-a istinadən bildirir ki, bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin rəsmi "Telegram" kanalı məlumat yayıb.

Şirkət Rusiyada qadağan edilmiş məlumatların silinməməsinə görə cərimələnib (RF İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi).

"RIA Novosti"nin məlumatına görə, söhbət Rusiya ordusunun Ukraynadakı xüsusi əməliyyat zonasında hərəkətləri ilə bağlı yayılan yanlış məlumatlardan gedir.

Xatırladaq ki, iyulun 8-də Moskva məhkəməsi oxşar maddə ilə "Telegram"ı cərimələyib. Həmin vaxt şirkətə 3 milyon rubl (56.1 min manat) ödəməli olub. Məlum olub ki, mesencer anti-Rusiya hərəkətləri ilə bağlı məlumatları silməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR