İnsanlara hürriyət, millətlərə istiqlal!

Telefonuna yüklədiyi casus proqram ilə xəyanəti öyrəndi - 4-cü əri idi - FOTO

Türkiyənin mərhum müğənnisi Kayahanın qızı Beste Açar 2022-ci ildə evləndiyi həyat yoldaşı Evren Bölekdən boşanmaq istəyir.

Beste Açar ərindən xəyanət səbəbindən ayrılır.

Açar həyat yoldaşının telefonuna casus proqram yükləyib və onun başqa qadınla münasibətini öyrənib. Bu hadisədən sonra boşanmaq üçün məhkəməyə müraciət etsə də, həmin proqram vasitəsilə əldə etdiyi məlumatların hüquqi dəlil kimi qəbul olunmayacağını anlayıb.

İddialara görə, Bölek bu vəziyyətdən sonra evi tərk edərək Urfa şəhərinə gedib. Oradakı ortaq tanışları isə onun hələ də Açarı unutmadığını və boşanmaq istəmədiyini bildirərək cütlüyü barışdırmağa çalışıb.

Beste Açar və Evren Bölek bu ay İstanbul məhkəməsində qarşılaşacaq./Milli.Az/

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR