Onlayn ictimai-siyasi qəzet
İsrailin uzun illərdir təhlükəsiz şəhər kimi tanınan paytaxtı Təl-Əviv artıq müharibənin birbaşa hədəfinə çevrilib. Şəhərin mərkəzinə endirilən raket zərbələri nəticəsində ciddi dağıntılar yaranıb. Hadisə İsrailin hava hücumundan müdafiə sisteminin tam gücü ilə işləmədiyini ortaya qoyur.
Musavat.com xəbər verir ki, İranın həyata keçirdiyi PUA və raket hücumları artıq strateji ərazilərə qədər çatır. Təl-Əvivdəki son dağıntılar, İsrailin mərkəzi şəhərinin belə hücumlara məruz qala biləcəyini göstərir. Sosial şəbəkələrdə və beynəlxalq media orqanlarında yayımlanan “Morning in Tel Aviv” başlıqlı görüntülər dünyada geniş rezonans doğurub.
Müharibə artıq İsrailin ürəyinə çatıb.
Görüntüləri təqdim edirik.
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ