İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsil ekspertindən "Analitika" fənni ilə bağlı TƏKLİF

"Uzun müddətdir apardığım tədqiqat və təhlillər nəticəsində 9, 10 və 11-ci siniflər üçün "Analitika" fənninin tədris olunmasının vacibliyini görürəm".

Musavat.com bildirir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib.

kamran.jpg (28 KB)

Ekspertin fikrincə, "Analitika" fənni şagirdlərə məlumatlarla işləməyi, dərin təhlil aparmağı və məntiqi düşünməyi öyrədə bilər:

"Bu gün orta məktəb həyata hazır insan yetişdirmək əvəzinə sadəcə ali məktəblərə qəbul üçün baza rolunu oynayır. Təhsil sistemi şagirdləri real həyat bacarıqları ilə deyil test həll etmək vərdişləri ilə silahlandırır. Ancaq şagirdlərin repetitor yanına getməsi onların savadlı olması demək deyil!

Məktəblərin əsas məqsədi yalnız ali məktəbə hazırlıq yox şəxsiyyət və müstəqil düşünən vətəndaş yetişdirmək olmalıdır. Bu gün cəmiyyətimizin ən böyük problemlərindən biri analitik düşüncənin zəif olmasıdır – insanlar doğru və yalan informasiyanı ayırd edə bilmir, manipulyasiyaya açıqdır, statistik məlumatları təhlil edə bilmir və problemlərin həllində yaradıcı yanaşmadan uzaqdır.

Əgər biz məktəbdə "Analitika" fənnini tətbiq etsək, bu fənn şagirdlərə məlumatlarla işləməyi, dərin təhlil aparmağı və məntiqi düşünməyi öyrədəcək.

Beləliklə, "Analitika" fənni sayəsində agirdlər riyazi statistikadan, sosial problemlərin həllinə qədər geniş bir spektrdə təhlil aparmağı bacaracaqlar.

Süni intellekt, rəqəmsal təhlükəsizlik, məlumat analizi və strategiya qurmaq bu fənnin əsas istiqamətlərindən olacaq. Gələcəyin peşələri artıq bunları tələb edir. Həmçinin, məktəbi repetitor bazasına çevirməkdən xilas edəcək. Hazırkı təhsil sistemi şagirdləri repetitorlara möhtac edir. Halbuki məktəb özü bilik və bacarıq verməli, şagirdlərə fərdi inkişaf üçün meydan açmalıdır. "Analitika" fənni məktəbi funksional hala gətirəcək".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR