Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Tehranın Lavizan məhəlləsində yerləşən və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus olduğu bildirilən hərbi qərargah raket zərbələri ilə vurulub.
Sosial şəbəkələrdə yayılan görüntülər hücumun miqyasını və fəsadlarını aydın şəkildə əks etdirir.
Videokadrlar birbaşa qərargahın içərisindən çəkilib və zərbələrin ard-arda endirildiyini sübut edir. Görüntülərdə binanın divarlarının çökdüyü, obyektin ciddi dağıntıya məruz qaldığı, ətrafda yerləşən avtomobillərin tamamilə əzildiyi, toz-dumanın küçələrə yayıldığı və insanların çaxnaşma içində qaçdığı aydın görünür. Partlayış anında baş verən güclü səslər və əraziyə yayılan qışqırıq səsləri videoda diqqət çəkir.
İranın müxalif Telegram kanalları və bölgədən yayımlanan digər qeyri-rəsmi mənbələr bildirir ki, məqsəd İran rejiminin əsas hərbi dayağı sayılan SEPAH strukturuna zərbə endirmək və onun sturukturlarını sıradan çıxarmaqdır. Bu, həm də Tehranın daxilində yerləşən yüksək səviyyəli hərbi obyektlərə qarşı həyata keçirilmiş ən amansız hücumlardan biri kimi qiymətləndirilir.
Hadisənin yayıldığı saatlarda Tehranın digər bölgələrində də ardıcıl partlayış səslərinin eşidildiyi, bir neçə ərazidə yeni raket zərbələrinin endirildiyi barədə məlumatlar yayılıb. Məlumatlara görə, İsrail bu əməliyyatla İranın hərbi komanda sistemini və əsas qərargahlarını hədəfə almaqda davam edir.
Musavat.com
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ