İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda İran-Azərbaycan-Türkiyə XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra jurnalistlərə deyib.

O bildirib ki, üçtərəfli görüşün vaxtı bu gün azərbaycanlı həmkarı ilə müzakirələrdə müəyyənləşəcək və açıqlanacaq.

İran XİN başçısı Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri ilə bağlı hazırlıq işlərinin görüldüyünü bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR