İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda hökumət qüvvələrinin etirazçı qadınlara qarşı vəhşiliyi – VİDEO

İranda hökumət əleyhinə etirazlar zamanı mülki geyimli polislər Tehranın Səttarxan bölgəsində üç qadını vəhşicəsinə döyüb həbs ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Videodan da göründüyü kimi, rejimdən narazı xanımlar hökumət qüvvələri tərəfindən vəhşicəsinə döyülərək yerə yıxılırlar. Qadınlar nə qədər qışqırsalar da, repressiv qüvvələr buna əhəmiyyət vermirlər.

Qeyd edək ki, İranda Məhsa Əmininin “Əxlaqi Təhlükəsizlik Polisi”nin nəzarətində ölməsi iddiaları ilə bağlı etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı ən azı 83-ə çatıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR