İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Trampla dialoq aparacaq? - Əraqçi AÇIQLADI

“İran hakimiyyəti yeni Vaşinqton administrasiyası öz siyasətini aydın şəkildə müəyyən etməyənə qədər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla dialoq aparmaq niyyətində deyil”.

Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby Al Jadeed” portalına müsahibəsində deyib.

“Hazırda biz dialoq aparmaq fikrində deyilik, çünki belə bir dialoq üçün əsas yoxdur. Biz yeni administrasiyanın öz siyasətlərini necə formalaşdıracaq və həyata keçirəcəyini gözləməliyik. ABŞ-ın yeni administrasiyası hələ formalaşmayıb, o, öz mövqeyini açıqlamayıb və əvvəlki fəaliyyətlərinin vurduğu zərəri aradan qaldırmaq istəklərinin olduğu da bəlli deyil”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2018-ci ildə ABŞ 2015-ci ildə İranla imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxıb.

ABŞ-ın JCPOA-dan çıxmasına cavab olaraq, İran parlamenti 2020-ci ildə “Sanksiyaların ləğvi və İran xalqının maraqlarının qorunması üçün strateji fəaliyyətlər haqqında” qanunu qəbul edib. Buna uyğun olaraq Tehran nüvə sazişi üzrə bir sıra öhdəliklərini, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təftişlərini dayandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR