İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tehran rejimini ifşa etmək ən doğru siyasətdir” - politoloq

Tural İsmayılov: “İranın Azərbaycana “diş qıcaması” o qədər absurd və iyrənc görünür ki...”

“İran Azərbaycanın Ermənistan üzərində tarixi zəfərindən sonra bölgəmizdə güclənməsini həzm etmir və müxtəlif bəhanələrlə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir”.

Politoloq Qafar Çaxmaqlı bu fikirləri İrandan Azərbaycana yönəlik ittiham və iddialara reaksiyasında bildirib. Musavat.com-a açıqlamasında ekspert deyib ki, ortaya indiyə kimi İranının qoyduğu bir dənə də fakt yoxdur. “Azərbaycan prezidentinin Səmərqənddə səsləndirdiyi fikirlər isə İran rejiminin iç üzünü açıb. İran Avropa İttifaqı kimi beynəlxalq təşkilatlarının insan haqları ilə bağlı sanksiyalarına məruz qalmasında Azərbaycanı günahkar görür. Məncə, İranın dağılma prosesinin başlandığı indiki dönəmdə bu əsas üzərində Tehran rejimini ifşa etmək ən doğru siyasətdir. İnşallah nəticə də alınacaqdır”.

Politoloq Tural İsmayılov isə hesab edir ki, İran hazırda çıxılmaz vəziyyətdədir: “Ölkənin durumunun bərbad vəziyyətdə olmağı hər kəsə bəllidir. İranda uzun illər total repressiyalar və basqı siyasəti həyata keçirilib. İranda yaşayan bütün etnik qruplar öz milli haqları uğrunda dayanmadan mübarizə aparırlar. İran eyni zamanda əhalinin hər gün artan yoxsulluğun qarşı da heç nə etmir. Normal rasional siyasi kurs sıfırlanıb. İdeoloji nifrət dövlət ideologiyasına çevrilib”. T.İsmayılov qeyd etdi ki, Avropa İttifaqının son sanksiyaları İranda vəziyyəti daha da gərginləşdirir: “Nəticədə son sanksiyalar onsuz da bərbad olan sosial-iqtisadi duruma daha çox təsir göstərəcək. İndi bütün bunlardan sonra İranın Azərbaycana “diş qıcaması” o qədər absurd və iyrənc görünür ki... Hesab edirəm ki, İran Azərbaycanla olan münasibətləri korlamağa can atmaqla həm də nə qədər çıxılmaz və aciz olduğunu göstərdi. Azərbaycan heç nə itirmir, İran isə çox şey itirəcək”.

Cavid Turan,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR