İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təəssüf ki, alınmadı” - “Makkabi”nin baş məşqçisi

“Vəziyyəti dəyişə bilərdik. Təəssüf ki, alınmadı. Rəqibi təbrik edirəm”.

QOL.az xəbər verir ki, bu sözləri İsrailin "Makkabi" klubunun baş məşqçisi Barak Baxar UEFA Konfrans Liqası II təsnifat mərhələsinin cavab görüşündə penaltilər seriyasında "Sabah"a məğlub olduqları matçdan sonra deyib.

O, 6 qol vurmaqlarına baxmayaraq, mərhələ keçə bilməmələrinə belə münasibət bildirib: “Penaltilərlə uduzduq. Özümü çox ümidsiz hiss edirəm”.

Baxar “Sabah”a qeyri-ciddi yanaşmadıqlarını qeyd edib: “Biz vəziyyəti düzəldə bilmədik. "Sabah"ı isə ciddi komanda kimi qəbul edirdik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR