İnsanlara hürriyət, millətlərə istiqlal!

Tədbir görülməsə, bu yolda ÖLÜM HALLARI ola bilər... - VİDEO

Respublikanın bəzi yolları var ki, orada hərəkət eləmək sürücülər üçün təhlükəlidir.

Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, istənilən vaxt qaya parçaları yola düşüb hər hansı hadisəyə səbəb ola bilər.

Belə yollardan biri İsmayıllı -Lahıc yoludur. Bir -neçə gün əvvəl  yağışlar səbəbindən həmin yola qaya parçaları tökülərək hərəkəti  bağlamışdı.

Yaxınlıqda yaşayan vətəndaşlar deyir ki, buna qarşı tədbir görülməsə ölüm halları ola bilər. Hansı ki, bənzər hadisələr əvəllər də dəfələrlə yaşanıb.

Ötən gün axşam saatlarında isə Quba-Xınalıq avtomobil yolu bağlanıb. Avtomobil Yolları Dövlət Agentliyindən  bildirilib ki, güclü yağış nəticəsində yaranmış sel suları Quba-Xınalıq avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və qurğularına ciddi ziyan vurub.

Bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

Bəs belə təhlükəlı  yollarda əlavə tədbirlər görmək mümkündürmü? Aidiyyəti qurumdan məsələyə münasibət bildirilib.

O da qeyd edilib ki, tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR