İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Xankəndidə terakt ola bilər: Araiki öldürmək istəyirlər...- İlham İsmayılla CANLIda

Ermənistan Baş naziri Nikol Paşinyanın separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanın nümayişkaranə şəkildə həbsi barədə tələbinin terrorçubaşı Araik Arutyunyan tərəfindən yerinə yetirilməsi səbəbindən bu gün Xankəndidəki mitinq zamanı terakt törədilə bilər.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Teraktın xarici ölkənin xüsusi xidmət orqanının erməni əhali arasındakı agentura şəbəkəsi vasitəsilə törədilə biləcəyi vurğulanır. Hücumu təşkil edəcək ölkənin adı çəkilməsə də, bunun Rusiya olduğu iddia edilir. Moskvanın xüsusən Balasanyanın həbsinə qəzəbləndiyi qeyd edilir.

Əsas hədəfin isə başda Araik Arutyunyan olmaqla, separatçıların “lider”lərini məhv etmək, qorxutmaq və ya güc nümayişi olduğu bildirilir.

Xankəndidəki aksiyadan sonra ermənilər nə etməyə hazırlaşırlar? Bu, Brüssel görüşünə hansı formada təsir göstərə bilər?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR