İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ukraynadan Rostovdakı neft bazasına ŞİDDƏTLİ HÜCUM, Putin Kiyevlə bağlı QƏRAR VERDİ

Ukrayna ordusu Rostov vilayətinin Proletarsk qəsəbəsindəki neft bazasına növbəti dəfə hücum edib.

Yerli vaxtla səhər saat 05:00 radələrində baş verən hadisə nəticəsində zərər çəkən olmayıb. Qeyd edək ki, sözü gedən obyektə ilk hücum avqustun 18-də baş verib. Həmin vaxt başlayan yanğını lokallaşdırmaq mümkün olmayıb. Hazırda onun digər çənlərə keçmə təhlükəsinin olduğu bildirilir.

Hələlik sonuncu hücumla bağlı rəsmi məlumat verilməyib.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsinə cavab verməklə bağlı qərar qəbul edib. Kiyevi ağır cəza gözləyir.

Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Mən qəti əminəm ki, Kursk vilayətində baş verənlərə görə hamı ciddi şəkildə cəzalandırılacaq. Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətini işğal etməsinə necə cavab verəcəyi ilə bağlı artıq qərar verib”, - Antonov bildirib

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

Qonağımız hərbi ekspert Ədalət Verdiyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR