İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ukrayna İran raketləri ilə vurulacaq - Rusiya və İran gizli transferə başlayıb

Bu payız və qışda Rusiya Federasiyası İranın Fath-360 raketləri ilə Ukraynanın infrastrukturuna hücum edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun ( ISW) yaydığı xüsusi hesabatda məlumat yayılıb.

Məlumatda iddia olunur ki, İran bu yaxınlarda Rusiyaya 200-dən çox belə raket verib.

Fath-360 qısamənzilli ballistik raketlər sinfinə aiddir. İranda daha güclü və daha uzun mənzilli Fateh-110 raketləri var. Şübhələr var ki, ruslar və iranlılar raket texnologiyalarının transferi məsələsində müşahidəçi "gözləri" aldadaraq, Fateh-110-u Rusiya Federasiyasına daşıyırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR