İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ukrayna artilleriyası fəaliyyətdə - Rusiyaya ŞOK ZƏRBƏ

Bu gün günorta saatlarında Rusiyanın işğalı altında olan Krımın Saki rayonunda partlayış səsləri eşidilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bölgədə Novofyodorovka və İvanovka kəndləri yaxınlığında Rusiyanın hava hücumundan müdafiə sisteminin çalışdığı barədə məlumatlar yayılıb.

Rusiyanın Krımadakı “canişini” Sergey Aksyonov isə Ukraynaya məxsus bir PUA-nın Krımın mərkəzində vurulduğunu bəyan edib.
Şahidlər isə partlayışların təkcə Novofyodorovkada deyil, həm də Qvardeyskidə, yəni hərbi aerodrom ərazisində eşidildiyini bildirirlər.

“Azadlıq” radiosunun xəbərinə görə, Rusiyanın Qara Dəniz Donanmasının 43-cü Əlahiddə Dəniz Hücum Aviasiya Alayı orada yerləşir.

Bu aerodromdan olan təyyarələrdən, xüsusən də Ukraynanın cənub vilayətlərinə hücum üçün istifadə edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR