İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Türkiyəyə qarşı ŞOK HƏMLƏ - Bu ölkə Ərdoğanın qarşısını kəsməyə çalışır

Dünya Ankaradakı prosesləri diqqətlə izləyir. Diqqətini Türkiyəyə yönəldən Middle East Eye (MEE) Almaniyanın imzaladığı seçki qərarı ilə bağlı maraqlı analiz dərc edib.

Xaricdə ən çox türk vətəndaşına ev sahibliyi edən Almaniyanın qərarı ölkədə səsvermə prosesini çətinləşdirib. Almaniya bəzi bölgələrdə seçki məntəqələrinin qurulmasına icazə verməyib.

Musavat.com xəbər verir ki, Böyük Britaniya mərkəzli MEE yazıb: "Berlin Ankaranın daha 10-a qədər seçki qutusu qoyulması tələbini rədd edərək seçici fəallığını əngəlləyir".

Beynəlxalq Demokratlar Birliyinin sözçüsü Fatih Zingalın sözügedən qərarı xalqın demokratik hüquqlarına sabotaj cəhdi kimi qiymətləndirdiyini vurğulayan MEE AK Partiya millət vəkili namizədi Oğuz Üçüncünün bu sözlərinə yer verib: “Bu qərar səsvermə prosesini çətinləşdirir və Türkiyə vətəndaşlarını daha uzun səfərlər və gözləmə müddətləri barədə düşünməyə məcbur edir”.

Almaniyanın "Spiegel" nəşri "Biz canımızdan keçərik - Ərdoğan heç vaxt!" başlığı ilə oxucularının qarşısına çıxıb. Məqalədə qeyd olunub: “Hər təbəqədən olan qadınlar bütün Almaniyada Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsinə can atırlar. Onlar Türkiyə prezidentinə ata kimi sitayiş edirlər".

"Euronews" isə seçkinin taleyini xaricdə yaşayan türklərin təyin edə biləcəyini yazıb: “Türkiyə vətəndaşları mayın 14-də yeni prezidenti seçmək üçün səs verəcək. Seçicilərin təxminən 5,3 faizi xaricdə səs vermək üçün qeydiyyatdan keçdiyi üçün hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında gərgin mübarizənin nəticəsinin müəyyən edilməsində türk mühacirlərin rolu həlledici ola bilər”.

Almaniyanın "Tagesschau" nəşri “Səhnədə Ərdoğan” başlığı ilə oxucularının qarşısına çıxıb. Ərdoğanın TEKNOFEST-də iştirak etdiyini bildirən nəşr Türkiyə liderini Azərbaycan prezidenti İlham Əliyevin müşayiət etdiyinə diqqət çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR