İnsanlara hürriyət, millətlərə istiqlal!

Voronejdə ABŞ vətəndaşına 7 il həbs cəzası kəsilib

Voronej Mərkəzi Dairə Məhkəməsi ABŞ vətəndaşı Robert Qilmanı ciddi rejimli koloniyada cəza çəkmək üçün 7 il 1 ay müddətinə azadlıqdan məhrum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Məhkəmə prokurorun mövqeyi ilə razılaşaraq, cinayətkarı 7 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Bundan əlavə, Gilmandan 300 min rubl alınması tələbi təmin edildi", - açıqlamda deyilir.

Məhkəmə müəyyən edib ki, əvvəllər Federal Penitensiar Xidmətin PKU İK-2-də məhkum olunmuş Gilman koloniya əməkdaşının gündəlik iş rejiminə riayət etmək tələbi və hərəkətləri ilə razılaşmayıb, ona qarşı fiziki zorakılıq tətbiq edib. Həmçinin koloniyada olan ABŞ vətəndaşı müstəntiqi bir neçə dəfə vurub. O, yeni işin araşdırılması üçün köçürüldüyü istintaq təcridxanasında müfəttişə qarşı fiziki zorakılıq tətbiq edib.

Gilmana qarşı Cinayət Məcəlləsinin üç maddəsi üzrə yeni cinayət işi başlanmışdı.

2023-cü il mayın 30-da Voronej vilayət məhkəməsi Voronejdə polis əməkdaşına qarşı zorakılıq tətbiq etdiyinə görə Gilmanı ümumi rejimli koloniyada 3,5 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR