İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Türkiyə qırıcıları havaya qalxdı: HESAB ZAMANI! - İLK GÖRÜNTÜLƏR

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçuların bazalarına qarşı "Pence kılıç" hava əməliyyatlarına başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə nazirlik twitter səhifəsində məlumat yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin hava əməliyyatı ilə bağlı ilk paylaşımında uçuş-enmə zolağından qalxan döyüş təyyarəsinin görüntüsü yer alıb və hesab zamanının gəldiyi vurğulanıb.

ƏMƏLİYYATDAN İLK GÖRÜNTÜLƏR YAYILDI

Rəsmi məlumata görə, hava əməliyyatı PKK/KCK/YPG terrorçularının Türkiyəyə qarşı hücumlar üçün baza kimi istifadə etdiyi İraq və Suriyanın şimal bölgələrində həyata keçirilir. Diyarbəkir və Malatyadan havaya qalxan qırıcılara PUA-lar dəstək verir. Hücum nəticəsində terror təşkilatına böyük zərbə endirilib.

"Terrorçuların yuvaları birbaşa zərbələrlə məhv edilir", - nazirliyin digər paylaşımında deyilir.

HULUSİ AKAR DETALLARI AÇIQLADI

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu gün keçirilən brifinqdə "Pence Kılıç"əməliyyatından danışıb.

Uğurlu hava əməliyyatı münasibətilə şəxsi heyəti təbrik edən Akar bildirib ki, hədəflər tam dəqiqliklə vurulduqdan sonra təyyarələr öz bazalarına qayıdıblar:

"Pence Kılıç əməliyyatını uğurla başa vurdunuz. Sizinlə nə qədər fəxr etsək, azdır. Başda qəhrəmanlarımız, pilotlarımız olmaqla bütün yoldaşlarımız öz vəzifələrini böyük müvəffəqiyyətlə yerinə yetirdilər. Sizi ürəkdən təbrik edirik. Uğurlarınızın davamlı olmasını arzulayırıq. Məqsədimiz 85 milyon vətəndaşımızın və sərhədlərimizin təhlükəsizliyini təmin etmək, ölkəmizə qarşı istənilən xain hücuma cavab verməkdir”.

Türkiyəli nazir gecə yarısından etibarən İraq və Suriyanın şimalında terrorçulara qarşı həyata keçirilən əməliyyatın diqqətlə planlaşdırıldığını və uğurla həyata keçirildiyini vurğulayıb.

photo_2022-11-20_02-12-20.jpg (14 KB)

Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin bütün fəaliyyətlərində olduğu kimi, istər bu əməliyyatın planlaşdırılmasında, istərsə də icrasında günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirləri gördüklərini qeyd edib:

"Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar uğurla dağıdıldı. Terror təşkilatının qondarma qərargahı da birbaşa zərbələrlə vuruldu. Yalnız terrorçular və terrorçulara məxsus tikililər məhv edildi. Ölkəmizi və millətimizi 40 ildir başımıza gələn terror bəlasından xilas etməyə qadirik. Biz heç vaxt şəhidlərimizin, günahsız insanların qanını yerdə qoymamışıq və qoymayacağıq".

Akar “ölsəm şəhid, qalsam qazi” prinsipi ilə son terrorçu zərərsizləşdirilənə qədər mübarizənin davam edəcəyini bildirib.

Nigar Cəfərli,
Musavat.com

WhatsApp Image 2022-11-20 at 10.27.17 (1).jpeg (77 KB)

WhatsApp Image 2022-11-20 at 10.27.41 (1).jpeg (90 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR