Onlayn ictimai-siyasi qəzet
“ABŞ prezidenti Tramp Avropanın elitalarını sıraya salacaq. Tezliklə onların hamısı sahiblərinin ayağına düşüb, quyruqlarını bulayacaqlar”.
Musavat.com xəbər verir ki, Trampla görüşmək planı olan Rusiya lideri Vladimir Putin bu mesajı Avropaya verib.
Trampın rəftarını və qətiyyətini tərifləyən Putin avropalı siyasətçilərin köhnə keyfiyyətlərini itirdiklərini, savadsız olduqlarını və nə etdiklərini bilmədən hərəkət etdiklərini qeyd edib. Putin Avropa elitalarını “Avropa vətəndaşlarının maraqları üçün bəla” adlandırıb.
O, əvvəllər Vaşinqtonun istəklərini problemsiz yerinə yetirən ölkələrin Trampı bəyənmədiyini və buna görə də seçki prosesinə təsir göstərməyə çalışdıqlarını iddia edib. “Onlar Trampın qalib gələcəyini gözləmirdilər, çaşqınlıq içində idilər” - Putin deyib.
“Hər şeyi öz adı ilə çağırsaq, bu, yardımı satın almaq təklifidir. Onu əvəzsiz olaraq göstərməyə davam etmək deyil, kommersiya əsası ilə təmin etməkdir. Təbii ki, ən yaxşısı (Ukraynaya) ümumiyyətlə yardım göstərməmək və bununla da bu münaqişənin sona çatmasına töhfə verməkdir”.
Kremlin sözçüsü Dmitri Peskov deyib. Bununla da o, ABŞ Prezidenti Donald Trampın Ukraynaya silah verilməsi əvəzində bu ölkədən nadir metalların və digər təbii resursların alınmasına dair niyyətinə narazılığını bildirib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə söhbətləşir.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ