İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Tramp QORXUYA DÜŞDÜ - İrana hücum etsə...

ABŞ Prezidenti Donald Tramp İranın ikinci Liviyaya çevriləcəyindən ehtiyat etdiyi üçün bu ölkəyə qarşı sərt tədbirlər görməkdən çəkinir.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Post” nəşri etibarlı mənbələrə əsaslanaraq məlumat yayıb.

Bildirilib ki, Tramp Liviyanın sabiq lideri Müəmmər Qəddafinin devrilməsindən sonra ölkədə yaranmış xaosun təkrar olunmasından narahatdır.

Materialda qeyd olunur ki, Trampın Liviyanı tez-tez nümunə göstərməsinin əsas səbəblərindən biri də həmin ölkəyə hərbi müdaxilənin sonradan İran və Şimali Koreya kimi dövlətlərlə diplomatik danışıqları çətinləşdirməsidir.

Məlumata görə, Tramp administrasiyası bir vaxtlar İranın Natanz və Fordo şəhərlərində yerləşən nüvə obyektlərinə hərbi zərbələr endirməyi nəzərdən keçirsə də, bu plan ehtiyatla qarşılanıb və reallaşmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR