İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Silahlar HƏR AN işə düşə bilər - Onlara verilən vaxt başa çatdı

Nigerdə əsgərlərin prezident Məhəmməd Bazumu saxlaması ilə başlayan çevriliş prosesində bugünkü tarix kritik əhəmiyyətə malikdir. Çevrilişə sərt reaksiya verən və hərbi müdaxilə variantının masada olduğunu açıqlayan Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) hökumətin Bazuma qaytarılması üçün verdiyi müddət bu gün başa çatır.

Musavat.com xəbər verir ki, ECOWAS üzv ölkələrin mümkün hərbi fəaliyyət planı üzərində razılaşdıqlarını açıqlayıb, Nigerdə ​​təxminən 1500 əsgəri olan Fransadan Birliyin təşəbbüslərinə dəstək bəyanatı gəlib.

ECOWAS ölkələrinin təhlükəsizlik rəsmiləri ötən gün Nigeriyanın paytaxtı Abucada toplaşıb. Təşkilatın Siyasi Məsələlər, Sülh və Təhlükəsizlik üzrə komissarı Abdel-Fatau Musah deyib: “Mümkün hərbi müdaxilənin bütün aspektləri, o cümlədən lazım olacaq resurslar, qoşunların necə və nə vaxt göndəriləcəyi planlaşdırılıb”.

Burkina Faso, Mali və Qvineya kimi idarəçilikdə əsgərlərin olduğu ölkələr Nigerdəki xuntaya dəstək verdiklərini açıqlayıb və mümkün hərbi müdaxiləni müharibə səbəbi kimi qiymətləndirəcəklərini vurğulayıblar. Seneqal, Fil Dişi Sahili, Benin və Nigeriya isə üzv olduqları ECOWAS-ın hərbi müdaxiləsini dəstəkləyəcəklərini bəyan ediblər.

Qeyd edək ki, 26 iyul çevriliş cəhdindən sonra Prezident Mühafizəsi Alayının komandiri, general Əbdürrəhman Çiani özünü ölkənin yeni lideri elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR