İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiyanın İLHAQ PLANI işə düşür - Nəticələr açıqlandı, Putin görüş keçirəcək

Ukraynanın 4 vilayətində keçirilən referendumun nəticələri bəlli oldu, Luqansk və Xerson liderləri Rusiyaya birləşmək üçün rəsmən müraciət etdi

Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson bölgələrində Rusiyaya birləşmək üçün sentyabrın 23-də başlayan referendumda səsvermə prosesi dünən başa çatıb.

Avropa və Ukrayna qanunsuz keçirilən referendumun nəticəsinin əvvəldən bəlli olduğunu vurğulayaraq, nəticələri heç vaxt tanınmayacaqlarını bəyan ediblər.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Rusiya mediası səsvermə prosesi bitməzdən əvvəl ilk nəticələri açıqlayıb və iddia edib ki, dörd region Rusiyaya birləşməyə böyük dəstək verib.

NƏTİCƏLƏR BƏLLİ OLDU

Seçki nümayəndələrinin verdiyi açıqlamalara görə, Rusiyaya qoşulmaq istəyənlərin nisbəti qondarma Donestk Xalq Respublikasında 99, qondarma Luqansk Xalq Respublikasında 98, Zaporojye vilayətində 93, Xersonda isə 87 faiz təşkil edib.

Seçkilərin nəticələrinin aydın olması ilə Luqansk lideri Leonid Paseçnik və Xerson lideri Vladimir Saldo Rusiyaya qoşulmaq üçün Kremlə rəsmi müraciət etdiklərini açıqlayıblar.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, referendumla bağlı qərarın qəbul edilməsi bölgə xalqının öz işidir.

“Biz əvvəldən deyirik ki, regionda yaşayan insanlar öz müqəddəratını təyin etməlidirlər” - Lavrov bildirib.

KREMLDƏN YENİ AÇIQLAMA

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin qondarma Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin və qondarma Luqansk Xalq Respublikasının lideri Leonid Paseçniklə ünsiyyəti baş tutacaq.

"Bu və ya digər şəkildə, əlbəttə ki, ünsiyyət olacaq, planlar hələ hazırlanır", - Peskov aydınlıq gətirib.

Kremlin sözçüsü Putinin DXR və LPR liderləri ilə görüşlərinin nə vaxt keçirilə biləcəyi ilə bağlı suala qəti cavab verməyib.

Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşməsi ilə bağlı müqavilələrin nə vaxt imzalana biləcəyi ilə bağlı sual da cavabsız qalıb.

"Vaxtında sizə məlumat verəcəyik" - Peskov bildirib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR