İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiyanı gözləyən ŞOK SSENARİ - Putinin 2 yolu var...

Məlum olduğu kimi, ötən gün Rusiyada muzdlu hərbi qrup olan "Vaqner" rəhbərliyə üsyan edərək dövlət çevrilişinə cəhd göstərib. Rusiya lideri Putin 25 minlik ordusu ilə Moskvaya doğru yürüş edən "Vaqner"i xəyanətdə günahlandırıb. Tərəflər dünən axşam saatlarında razılığa gəliblər. Belarus lideri Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojinin yürüşü başa çatıb. Priqojin "rus qanını tökməmək məsuliyyəti ilə" geri çəkildiklərini açıqlayıb.

Musavat.com xəbər verir ki, xarici mediada dərc edilən təhlillərdə Rusiyanı gözləyən 2 ssenariyə diqqət çəkilib.

Rusiya niyə qarışdı?

64976f9c4e3fe01e84fd3626.jpg (104 KB)

Ötən gündən etibarən Rusiyanın yeni böhran dövrünə qədəm qoyması birbaşa Ukrayna müharibəsi ilə bağlıdır. Putinin 2022-ci il fevralın 24-də “Kiyev üç günə alınacaq” məntiqi ilə başladığı müharibə 16-cı ayını geridə qoysa da, elan edilən əsas məqsədlərin heç birinə nail olmaq mümkün olmayıb. Rusiyada elita “biz çıxılmaz vəziyyətdəyik” polemikasını gündəmə gətirib, Qərbin sanksiyaları isə rus xalqını boğmağa başlayıb.

- "Vaqner"in rəhbəri Priqojin nə istəyir?

64976f9c4e3fe01e84fd3616.jpg (73 KB)

Rusiya administrasiyasının bütün informasiya kanallarına nəzarət etməsi və tez-tez müharibənin gedişi ilə bağlı yanlış təsəvvür yaratması Rusiya lideri Putindən qat-qat çox millətçi olan “Vaqner”in başçısı Priqojinin üsyana qalxmasına səbəb olub. O bildirir ki, indiki hərbi administrasiya ilə Rusiya parçalanmağa başlayacaq və Ukraynadakı müharibədə qalib gələ bilməyəcək. Priqojin Rusiya ordusundakı bütün keçmiş komandirlərin vəzifələrindən uzaqlaşdırılmasını və yeni komandanın formalaşmasını istəyir. Onun ilk hədəfi müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovdur. O, həmçinin Ukraynadakı müharibədə mümkün qədər tez qalib gəlmək üçün bütün Rusiyada ümumi səfərbərlik istəyir.

"Vaqner" üsyanının yaratdığı böhranla bağlı bir neçə ssenari var:

64976f9c4e3fe01e84fd3612.jpg (63 KB)

- Birinci ssenariyə görə, Putin ona çarəsizlikdən sadiq olan bütün qüvvələri öz ətrafına toplayacaq, üsyanı yatıracaq, sonra isə ölkədə hərbi vəziyyət elan edəcək. Hərbi vəziyyət və müharibə vəziyyəti elan olunandan sonra bütün gücünü Ukraynaya cəmləyərək xalqa qalib gələ biləcəyini göstərməyə çalışacaq.

- İkinci ssenariyə görə, Putin bütün birlik çağırışlarına baxmayaraq, orduda parçalanmanın qarşısını ala bilməyəcək.

Rusiyada xaos yaradan Priqojin kimdir?

64976f9c4e3fe01e84fd361a.jpg (45 KB)

Muzdlu “Vaqner” qrupunun sahibi Yevgeni Priqojin Rusiyada tabeliyində olan silahlılarla dövlət çevrilişinə cəhddən sonra dünyada ən çox danışılan ada çevrilib. Əvvəllər məhkum olunmuş Priqojin 1981-ci ildə əli olduğu oğurluq ittihamı ilə həbsxanaya göndərilmişdi. 1990-cı ildə azadlığa çıxanda bazarda hot-doq satmağa başlayıb.

İşinin yaxşı getməsi nəticəsində o, marketlər şəbəkəsinin və lüks restoranın sahibi olub. Onun Putinlə münasibətləri 1996-cı ildə “Concord Catering” şirkətini qurduqdan sonra başlayıb. Putin 2000-ci ildə dövlət başçısı olanda Priqojinin yolu daha da açılıb. Hətta iaşə obyekti ilə Kremlə tez-tez xidmət etdiyi üçün ona “Putinin aşpazı” ləqəbi də verilib.

Bəs o necə "döyüş baronu" oldu?

1678262199_e073d532-ba63-469d-883d-c641ba860e8b.jpeg (235 KB)

İddialara görə, Putin ən etibarlı adlarından birinə çevrilmiş Priqojindən rus əsgərlərinin rəsmi olaraq xidmət etmədiyi yerlərdə hərbi qrup yaratmağı xahiş edib. Digər iddia isə “Vaqner” layihəsinin Priqojindən gəldiyi və Putinin bunu Rusiya Xarici Kəşfiyyat Xidməti GRU-nun təsdiqi ilə qəbul etməsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR