İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya məğlub olur - Komandirdən ŞOK ETİRAF

 

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsində və Ukraynanın şərqindəki Donbas bölgəsindəki qarşıdurmada mühüm rol oynayan rus komandir İqor Girkin etiraf kimi açıqlamalar verib.

Musavat.com Newsweek-ə istinadən xəbər verir ki, Girkin Rusiyanın strateji məğlubiyyətə uğradığını vurğulayıb.

Rusiyalı komandir bəyan edib ki, Moskva qüvvələrinin hazırkı hərbi əməliyyatın son strateji məqsədləri barədə zərrə qədər təsəvvürü yoxdur.

Girkin açıqlamasında bu vəziyyətin Rusiya Federasiyasının siyasi rejiminin və hətta dövlətinin çökməsinə səbəb ola biləcəyini bildirib.

igor-strelkov.jpg (119 KB)

Bir çox sosial media istifadəçisi komandirin bu açıqlamalarının Putini qəzəbləndirəcəyini yazıblar.

Qeyd edək ki, 2014-cü ilin iyulunda Amsterdamdan havaya qalxdıqdan sonra Ukraynanın şərqində vurulan və 298 nəfərin ölümü ilə nəticələnən MH17 təyyarə qəzasında əli olduğuna görə Hollandiyada ömürlük həbs cəzasına məhkum edilən Girkin uzun müddətdir ki, Rusiya hökuməti tənqid edir, Rusiya ordusunu Ukraynada strateji məqsədlərinə çata bilməməkdə günahlandırır.

 

Rusiya xüsusi xidmət orqanları FSB-nin üzvü olan İqor Girkin 2014-cü ildə Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyayönlü qüvvələrə komandanlıq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR