İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya ELAN ETDİ: Təhlükə artır, Xersonda böyük toqquşma olacaq

Rusiyanın nəzarətində olan Xerson bölgəsində toqquşmalar şiddətlənib.

Musavat.com xəbər verir ki, Kreml müdafiə xəttini gücləndirdiyini və Xersonu qalaya çevirdiyini iddia edir.

UKRAYNA ORDUSU SÜRƏTLƏ İRƏLİLƏYİR

Rusiyanın açıqlamasından qısa müddət sonra Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko Ukrayna ordusunun işğal etdiyi torpaqları geri almağa davam etdiyini bəyan edərək, Xersonda 88 yaşayış məntəqəsinin ruslardan geri alındığını bildirib.

WhatsApp Image 2022-10-23 at 09.08.50.jpeg (67 KB)

Qeyd edək ki, Rusiyanın ələ keçirdiyi ilk böyük şəhər olan Xerson həm Ukrayna, həm də Rusiya üçün böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq agentliklərin verdiyi son məlumata görə, Ukrayna ordusu Dnepr çayını keçərək irəliləyişini sürətləndirib.

Ukrayna Silahlı Qüvvələrinin bəyanatına görə, Kreml cəbhə bölgəsindəki qoşunlarını gücləndirmək üçün ətraf ərazilərə 2000-ə qədər əsgər göndərib, lakin bu səylər Ukrayna ordusunun irəliləyişinin qarşısını ala bilməyib.

“TƏCİLİ TƏRK EDİN…”

WhatsApp Image 2022-10-23 at 09.08.52.jpeg (78 KB)

Rusiyayönlü yerli hakimiyyət bu gün təcili çağırış edərək, şəhərdə gözlənilən böyük münaqişədən əvvəl mülki əhaliyə “şəhəri tərk etmələri” barədə xəbərdarlıq edib.

“Cəbhədəki gərgin vəziyyət və şəhərdə artmaqda olan bombardman təhlükəsi ilə əlaqədar bütün mülki şəxslər dərhal şəhəri tərk etməlidir”, - xəbərdarlıqda deyilir.

Xatırladaq ki, Xerson işğalının ilk günlərindən Rusiyanın nəzarətindədir və Rusiya prezidenti Putinin keçən ay qanunsuz ilhaq etdiyi dörd bölgədən biridir.

Şəhərdəki Dnepr çayı təchizat, hərbi və mülki keçidlər kimi kritik funksiyaları yerinə yetirdiyi üçün bu bölgə müharibədə mühüm yer tutur.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR