İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Rus generalları Putini SƏFƏRBƏRLİYƏ çağırdı, Kreml liderindən REAKSİYA – CANLI

“May ayında inauqurasiyadan bir neçə ay əvvəl Rusiya Prezidenti Vladimir Putin yeni səfərbərlik həyata keçirməkdə israrlı olan Rusiya Müdafiə Nazirliyinin rəhbərləri ilə görüşdə onların tələbini rədd edib”.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetində dərc olunan məqalədə bildirilir. Qeyd olunur ki, Putin ordu rəhbərliyinin tələbinin rədd edərək müqavilə ilə döyüşən muzudlulara arxalanmaq istədiyini bildirib.

Nəşrin yazdığına görə, ordu insan resurslarının tükənməsi səbəbindən Putindən səfərbərlik barədə fərman imzalamasını tələb edib.

“Hazırda müharibənin ilkin məqsədlərinə çatmaq, Ukraynanı müharibədən çıxarmaq, onun hərbi potensialını sarsıtmaq və ya Rusiya ərazisinin sərhədyanı ərazilərini qorumaq üçün kifayət qədər qüvvə yoxdur... Daha çox insan deyir ki, səfərbərlik qaçılmazdır”, - deyə generallar arasında Putinlə söhbətdən məlumatlı olan şəxs bildirib.

Nəşr hesab edir ki, Rusiya Prezidenti siyasi və sosial-iqtisadi nəticələrdən ehtiyat edərək səfərbərlik qərarı verməyə tələsmir. Çünki səfərbərlik Rusiya cəmiyyətində populyar deyil. Bundan əlavə, ölkədə haızrda mövcud olan işçi qüvvəsi çatışmazlığı problemini daha da artıracaq.

“Rusiya liderləri həmçinin qorxurlar ki, səfərbərlik onların müharibə haqqında ictimai qavrayışda qurmağa çalışdıqları incə tarazlığı poza bilər.

Onlar müharibəni qəhrəmanlıq nümunəsi, lakin uzaq bir münaqişə kimi göstərməyə çalışırlar. Onlar istəyirlər ki, ruslar müharibə nəticəsində artan gəlirlər və sərvətlərin yenidən bölüşdürülməsi ilə yanaşı, normal həyat sürməyə davam edə biləcəklərini hiss etsinlər”, - “The Wall Street Journal” yazıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ukraynada yaşayan polkovnik Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR