İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rəsmən sübut olundu, gərginliyi artıran görüntülər üzə çıxdı - ŞOK FOTOLAR

Egey dənizində missiyalar yerinə yetirən Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid pilotsuz uçuş aparatları Yunanıstanın ABŞ-ın verdiyi zirehli hərbi maşınları qeyri-hərbi statusu olan adalara - Midilli və Samosa göndərdiyini üzə çıxarıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, qalmaqallı daşınma görüntülərlə rəsmən sübut olunub.

Təhlükəsizlik mənbələri 18 və 21 sentyabrda baş verən bu hadisələri Yunanıstanın Türkiyəyə yaxın adaları silahlandırmaqda davam etməsi və qeyri-hərbi adaların statusunu pozduğunun ən bariz göstəricisi kimi qiymətləndirib.

Türkiyə Yunanıstanın beynəlxalq hüquqa və müttəfiqlik ruhuna zidd olan bu hərəkətlərini “qəbuledilməz” kimi şərh edib.

"CNN Türk"ün Afina təmsilçisi Yorqo Kırbaki yunan mediasının və siyasətçilərinin mövzu ilə bağlı şərhlərini dünyaya çatdırıb:

"Xarici mənbələr və Yunanıstanın xəbər saytları "Türk mediasında gedən xəbərlərə şərh vermirik” deməklə kifayətləndi. Televiziyalar isə zirehli texnikanın göndərilməsinin görüntülərini fərqli aspektlərdən qiymətləndirdi".

Bəzi televiziya kanalları isə Türkiyənin görüntüləri gündəmə gətirməsini "Yeni təxribat", "Türklərin təhlükəli oyunu", "Türklər həm casusluq edir, həm də bu fotoları yayımlayır", "Türkiyə İHA'ları casusluq edir" başlıqları ilə oxuculara təqdim edib.

Qeyd edək ki, Yunanıstan Lozanna ilə yanaşı, 1947-ci il Paris razılaşmasını da pozaraq, bu müqavilələrə daxil olan 23 adadan ən azı 16-nı silahlandırıb, həmçinin müqavilələrdə adı çəkilməyən bir çox adalara hərbi qüvvələr yerləşdirib.

Yunanıstan adaları silahlandırdığını inkar etmir və özünümüdafiə hüququndan istifadə etdiyini, Türkiyə tərəfindən təhdid edildiyini iddia edir.

Media Türkiyəyə qarşı müxtəlif ittihamlar irəli sürsə də, yunan siyasətçiləri məsələ ilə bağlı şərh verməkdən imtina edir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR