Onlayn ictimai-siyasi qəzet
Erməni hüquq müdafiəçisi Ruben Melikyan Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hələ də qalan oyuncaq rejimlə bağlı maraqlı iddia ortaya atıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, Facebook səhifəsində status yazıb.
Melikyan bildirib ki, Qarabağ erməniləri içində hərbi çevriliş hazırlanır:
“Məndə belə təəssürat yaranıb ki, bəzi razılaşmalar çərçivəsində bəzi insanlar yerli erməni silahlı dəstə (qanunsuz-red.) komandirlərini son dərəcə təhlükəli və hətta fəlakətli addımlar atmağa sövq edirlər. Düşünürəm ki, bu adam (yazıda kim olduğu dəqiqləşdirilmir-red.) özü sözlərinin və mümkün hərəkətlərinin nəticələrini təmsil etmir. Onlar Qarabağdakı “parlamenti” (qondarma-red.) buraxıb hakimiyyəti ələ alacaqlarını deyirlər. İlham Əliyevə elə məhz bu lazımdır. Bundan sonra olacaqları o, “antiterror əməliyyatı” adlandıracaq və... Məncə, başqa təsvirə ehtiyac yoxdur”,-deyə o, bildirib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ