İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda 39 faydalı qazıntı mədəni hərraca çıxarılır

Qazaxıstanın Sənaye Nazirliyi 39 faydalı qazıntı yatağının işlənməsi hüququnu hərracda satır. Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

Qızıl, asbest, manqan və dəmir filizi, qurğuşun, sink, nikel, kobalt, kömür və kvars yataqlarının işlənməsi üçün lisenziyalar hərraca çıxarılacaq.

Yataqlar Abay, Aktobe, Ulıtau, Qaraqanda , Kostanay, Akmola, Atırau, Jambil, Jetisu vilayətlərindədir.

Qeyd olunur ki, şəhərlərin, kəndlərin və qəsəbələrin yaxınlığındakı ərazilərin inkişafı üçün əlavə olaraq yerli əhaliyə dəstək müqaviləsi tələb olunacaq.

İştirak etmək üçün ərizələr sentyabrın 2-dək qəbul ediləcək, hərracın özü sentyabrın 19-da yerin təki istifadəçiləri üçün “minerals.e-qazyna.kz” onlayn platformasında keçiriləcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR