İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə bağlı dəyişikliklər təsdiqləndi

Milli Məclisin iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə danışarkən bildirib ki, birinci oxunuşda həmkarları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları tərəfindən qaldırılmış təşəbbüsü dəstəkləyiblər.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyasının ayrılmaz tərkib hissəsidir. Burada heç bir ziddiyyət mövcud deyil, ona görə də hər birinizi qanun layihəsinə səs verməyə çağırıram”, - Ə.Hüseynli deyib.

Komitə sədri Fazil Mustafa çıxışında qanun layihəsini dəstəkləyib.

“Bunlar keçici xarakter daşıyan və olduqca əhəmiyyətli dəyişikliklərdir”, - deyə deputat əlavə edib.

Bildirib ki, gələcəkdə ümumxalq referendumu ilə yeni konstitusiyanın qəbulundan sonra indi keçici xarakter daşıyan müddəalarla bağlı da yekun qənaətə gəlinəcək.

Deputatlar Gülşən Paşayeva, Erkin Qədirlinin çıxışlarından sonra qanun layihəsi maddələrlə və tam şəkildə qəbul olunub.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR