İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Qanlı döyüşlər davam edir - Bütün vəhşiliklərə CAVAB veriləcək

Rusiyanın Xersona hücumlar həyata keçirib.

Musavat.com xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin rəhbəri Sergey Krukun sözlərinə görə, hücum nəticəsində Kaxovka SES bəndinin uçmasından sonra baş vermiş daşqının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərdən bir nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

"Xersonda komandalarımıza daha bir hücum! Xilasetmə qrupunun bir üzvü həlak olub. Ailəsinə başsağlığı verirəm. 8 əməkdaş isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hamısı Xersonda Ostriv rayonunda daşqının törətdiyi fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğul olurdular" - Kruk qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski hadisədən sonra xalqa müraciətində bildirib ki, Ukraynalı döyüşçülər bütün bu vəhşiliklərə cavab verəcəklər.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR