Onlayn ictimai-siyasi qəzet
İlon Mask ABŞ prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini bir daha tənqid edərək, ABŞ-də yaradılmasını təklif etdiyi yeni siyasi partiyanın adının nə ola biləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, bu barədə öz X hesabında yazıb: "Əgər bu çılğın qanun layihəsi qəbul edilsə, ertəsi gün Amerika Partiyası yaradılacaq".
Onun fikrincə, ölkənin yeni partiyaya ehtiyacı var ki, "insanların həqiqətən səsi eşidilsin".
Daha əvvəl Mask ölkədə həqiqətən xalqın qeydinə qalacaq yeni siyasi partiya yaratmağa çağırıb.
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ