İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı deputat ATƏT PA-da Rusiyanın işğalından danışdı-foto

Bu gün, 30 iyun 2025-ci il ATƏT Parlament Assambleyasının Portoda keçirilən İllik Sessiyası çərçivəsində İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitənin ilk iclası keçirilib.

Musavat.com bildirir ki, komitənin sədri Azay Quliyev açılış çıxışında müasir dövrün ən mühüm çağırışlarına – iqlim dəyişikliyi, texnoloji yeniliklər, su çatışmazlığı, korrupsiya və qeyri-sabit iqtisadi mühitə diqqət çəkib. O, xüsusilə Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsinin artıq dördüncü ilə keçdiyini vurğulayıb və bu işğalın təkcə insan itkilərinə deyil, həm də Ukraynada, həmçinin daha geniş ATƏT regionunda ətraf mühitə və iqtisadi sabitliyə ciddi zərbə vurduğunu qeyd edib.

“Rusiyanın son həftələrdə dinc əhalini və mülki infrastrukturu hədəf alan genişmiqyaslı hava hücumları narahatedici şəkildə artmaqdadır. Bu müharibə dərhal dayandırılmalıdır", – deyə Azay Quliyev bildirib.

Komitə sədri eyni zamanda, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə qətiyyətli dəstəyini ifadə edib və ATƏT PA-nın Ukraynanın müharibədən sonrakı bərpasına, iqtisadi sabitləşməsinə, enerji təhlükəsizliyinə və ekoloji reabilitasiyasına yönəlmiş siyasətləri dəstəkləməyə davam edəcəyini bildirib.

Çıxışında iqlim dəyişikliyinin təhlükəsizlik üçün artan təhdid olduğunu vurğulayan Komitə sədri daha iddialı və kollektiv tədbirlərin vacibliyini qeyd edib: “Elə davranmalıyıq ki, sanki ikinci bir planet yoxdur.”

Azay Quliyev həmçinin süni intellekt və texnoloji təhlükəsizlik sahəsində regional əməkdaşlığın genişləndirilməsini, bu məqsədlə ATƏT PA çərçivəsində yeni Ad Hoc Komitənin yaradılmasını təklif edib.

O, çıxışının sonunda komitənin gündəliyinin artan aktuallığını vurğulayaraq, ATƏT regionunda davamlı inkişaf, texnoloji tərəqqi və ətraf mühitin mühafizəsi naminə parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə çağırıb.

Komitənin iclası ATƏT PA-nın Youtube və Facebook hesabı üzərindən canlı yayınlanıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR