Onlayn ictimai-siyasi qəzet
İran rəsmi şəkildə Ukraynaya nota təqdim edib.
Musavat.com xəbər verir ki, Tehran Ukraynanı guya İsrailin “sionist rejiminin hərbi təcavüzünü” dəstəkləməkdə ittiham edərək, bununla Ukraynanın BMT Nizamnaməsini və Cenevrə konvensiyalarını pozduğunu iddia edib.
İran Xarici İşlər Nazirliyi utanmazcasına belə açıqlama yayıb:
“Ukrayna rəsmiləri faktiki olaraq beynəlxalq hüququ pozub, İsrailin aparteid rejiminin dəhşətli cinayətlərini təsdiqləyib və bununla Ukrayna hökumətinə beynəlxalq məsuliyyət yükləyiblər.”
Amma bu riyakarlığın zirvəsidir. Çünki elə həmin İran illərdir ki, Rusiyanı pilotsuz “Shahed” dronları ilə təmin edir. Həmin dronlar Ukraynanın dinc şəhərlərini, körpüləri, xəstəxanaları, yaşayış binalarını yerlə-yeksan edir. Minlərlə ukraynalının qanına bais olan bu “iran məhsulu” terror İranın müharibədə birbaşa iştirak payı deməkdir.
İranın indi utanmadan Ukraynaya nota verməsi beynəlxalq hüququn, insan haqlarının və sadəcə vicdanın necə ikili standartlara qurban getdiyinin açıq göstəricisidir.
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ