Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda bu axşam zəlzələ baş verib. Kandilli rəsədxanasının yaydığı məlumata görə, yeraltı təkanların episentri Gelişimen kəndində qeydə alınıb.
Zəlzələ 4.4 bal gücündə olub və təxminən 5 kilometr dərinlikdə baş verib. Yeraltı təkanlar ətraf yaşayış məntəqələrində də hiss olunub, bu da yerli əhali arasında təşvişə səbəb olub.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ