İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putindən SENSASİON İDDİA - Kiyev müharibədən əvvəl...

Rusiya Prezidenti Vladimir Putin parlamentin yuxarı palatası – Federal Məclisə müraciətinə “Qostinıy dvor”da başlayıb.

Musavat.com xəbər verir ki, bu, 24 fevral 2022-ci ildə qoşunların Ukraynaya daxil olmasından bəri ilk müraciətdir. Ötən il müraciə baş tutmadı. Bu da “hadisələrin intensiv dinamikası”, “nəticə əldə etmək zərurəti” ilə izah edilib. 

PUTİNDƏN QƏRBƏ SƏRT MESAJLAR

63f499a84e3fe00728cb1a85.jpg (32 KB)

Müharibədəki son vəziyyəti dəyərləndirən Rusiya lideri deyib: "Donbass problemini həll etmək üçün hər şeyi etdik, lakin Qərb başqa ssenariyə hazır idi".

Kiyevin müharibədən əvvəl silah sövdələşmələri üçün Qərblə əlaqə saxladığını iddia edən Putin hərbi əməliyyat çərçivəsindəki vəzifələrin mərhələ-mərhələ həll ediləcəyini bildirib.

O, Rusiyanın maraqlarını və mövqeyini qorumağa davam edəcəyini bəyan edib: "ABŞ razılaşmalardan birtərəfli olaraq çıxdı".

Putin iddia edib ki, müharibəyə Qərb başlayıb və Rusiya onu güclə dayandırmalı olub.

Rusiya liderinin sözlərinə görə, Qərb ölkələri Ukrayna münaqişəsini Rusiya ilə qlobal münaqişəyə çevirməyə çalışır və Rusiyanın varlığı təhlükə altına düşür: “Lokal münaqişəni qlobal münaqişəyə çevirməyi planlaşdırırlar, biz bunu belə anlayırıq və buna uyğun reaksiya verəcəyik”.

Putin deyib ki, “Qərb cinləri şüşədən çıxarıb”: “İnsanların burada yaşadığı faciə onları maraqlandırmır. Onlar demokratiya pərdəsi altında özlərini ifadə etməyə çalışırlar”.

İtkilərin artmasına görə Kiyevin məsuliyyət daşıdığını iddia edən Putin "Ukraynadakı vəziyyətə görə qərb elitaları cavabdeh" olduğunu bildirib.

PUTİN ANONS VERDİ: MÜHARİBƏ DAVAM EDƏCƏK

63f490684e3fe00728cb19a5.jpg (116 KB)

Putin Qərbə Ukraynaya əlavə hərbi yardım göstərməmək barədə xəbərdarlıq edib və belə bir dəstəyin Moskvanın hərbi cavabını təmin edəcəyini bildirib: “Meydanda Rusiyaya qalib gəlmək mümkün deyil. Ukraynaya nə qədər çox uzaqmənzilli silahlar göndərilsə, biz təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdıracağıq. Qərb Ukraynadan Rusiyaya qarşı kozır kimi istifadə edir”.

Rusiya lideri Moskvanın Ukraynaya hücumunu “sistemli şəkildə” davam etdirəcəyinə söz verib.

UKRAYNADAN İLK REAKSİYA: YALANÇI!

Putinin sözlərinə Ukrayna cəbhəsindən cavab gecikməyib. Ukraynanın Avstriyadakı səfiri olmuş Aleksandr Şerba Twitter hesabında paylaşım edib:

“Putin adi şikayətləri ilə işinə qayıdır. Ən böyüyü: Qərb və Ukrayna Rusiya ilə müharibəyə hazır idi. Sanki Rusiyanın ultimatumu yox idi. Sanki Makron və Şolz 2021-ci ili Moskvaya səfər edərək Rusiyadan bunu etməməsi üçün yalvarmaqla keçirməyiblər. Putin necə yalançıdır”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR